Yasamalda idarə rəisinin 1.7 milyon borcu var

20.03.2025

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin milyonlarla vergi borcu yaranıb. 

Valyuta.az-ın məlumatına görə, direktoru Hüseynov Vüsal Fazil oğlu olan qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 1759013.76 manat vergi borcu var.

Əldə etdiyimiz məlumata görə, V.hüseynovun sözügedən vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью