Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 30-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “BYD” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və avtomobil yararsız vəziyyətə düşüb. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb.
Əraziyə polis əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır.
Nərmin