Yasamalda iki avtomobil toqquşdu

26.02.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, qəza Nariman Narimanov heykəlinin yaxınlığında qeydə alınıb.

Hadisə zamanı "Chevrolet Cobalt" və "KİA Sorento" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Qəza səbəbindən ərazidə qısa müddətli sıxlıq yaranıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью