Yasamalda iki avtomobil toqquşdu FOTO

18.12.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Yasamal rayonunda yol qəzası zamanı sərnişin xəsarət alıb.

Avtosfer.az APA-ya istinadən  xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Belə ki, “BMW” markalı maşının sürücüsü yol ayrıcından keçərkən eyni markalı avtomobillə toqquşub.

Qəza nəticəsində sonuncu avtomobildə olan sərnişin xəsarət alıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью