Yasamalda iki küçənin kəsişməsində işıqfor quraşdırılıb

24.11.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 noyabr, AZƏRTAC

Paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində sürücülərin daha rahat hərəkət etməsi və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə yeni işıqforlar quraşdırılıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, həmin ərazidə 6 “L” və “A” tipli dirəklərdən istifadə edilməklə 13 nəqliyyat və piyada işıqları quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.

Bunun sayəsində Məhəmməd Hüseyn Şəhriyar küçəsindən Mətbuat prospektinə daxilolma artıq nizamlayıcı ilə tənzimlənir. Piyadalar isə yolun qarşı tərəfinə daha təhlükəsiz şəkildə keçə bilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью