Yasamalda insident: Taksi sürücüsü maşından düşürülüb döyüldü VİDEO

24.02.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda sürücülər arasında baş verən davanın videogörüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb. Hadisənin bir müddət əvvəl baş verdiyi bildirilir.

Belə ki, yük avtomobilinin sürücüsü svetoforda dayanaraq qarşısındakı taksi sürücüsünə yaxınlaşıb və onun qapısını açaraq əlbəyaxa dava etməyə başlayıb.

Ətrafda olan digər sürücülər vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün dərhal müdaxilə ediblər. Onlar tərəfləri sakitləşdirərək dava edənləri bir-birindən ayırıblar. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil.

Könül Rauf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью