Yasamalda küçə itləri MEYDAN SULAYIR: Kiçik qız hücumdan güclə qurtuldu

18.04.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda sahibsiz küçə itləri azyaşlı qıza hücum ediblər.

Oxu.Az xəbər verir ki, hadisə Yasamal rayonunda, MİDA (Mənzil İnşaatı Dövlət Agentliyinin) binalarından birinin qarşısında baş verib.

Uşağı qapıyadək qovan it orada başqa insanları gördükdən sonra dayanıb.

Sakinlərin sözlərinə görə, ərazidə sahibsiz itlər sürü ilə dolaşırlar.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью