Milli.az saytına istinadən Icma.az xəbər verir.
Yasamal rayonu, MİDA-2 Yaşayış Kompleksində yerləşən binanın fasadı qopub.
Milli.Az-ın məlumatına görə, sözügedən hadisə 3 il əvvəl təhvil verilmiş 19-cu binada baş verib.
Hadisə nəticəsində ətrafda olan avtomobillərə ziyan dəyib.
Yeni tikilidə üzlük hissələrin qısa müddətdə problem yaratması həm tikinti keyfiyyəti, həm də təhlükəsizlik baxımından suallar doğurub.
"Hər gün uşaqla qabağından keçirəm. Ötən gün biz bloka girdik, 2 saniyə sonra sement qopub düşdü. 2 saniyə yubansaydıq başımıza düşəcəkdi",- deyə sakinlərdən biri bildirib.
Sakinlər yaranmış vəziyyətin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini tələb edirlər.
Qeyd olunur ki, bu kimi hallarda məsul qurumlar tərəfindən operativ yoxlama aparılması, eləcə də təmir və bərpa işlərinin qısa müddətdə həyata keçirilməsi vacibdir.
Mina Mikayılova
Milli.Az