Yasamalda parkın abadlaşdırılmasına 37,2 milyon ayrıldı

16.01.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Yasamal rayonunda Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırılmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Axar.az Trend-ə istinadən xəbər verir ki, artıq bunula bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Vest LTD” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.

Beləliklə, müqaviləyə əsasən, Mərkəzi parkın davamı və ətraf ərazilərin abadlaşdırılmasına 37,2 milyon manat sərf olunacaq.

Qeyd edək ki, abadlaşdırma işlərini aparacaq QSC 2010-cu ildə dövvlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью