Yasamalda parklanmanın qarşısını almaq üçün bu yola əl atdılar VİDEO

31.01.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Xıdır Mustafayev küçəsində avtomobillərin parklanmasına mane olmaq üçün süni maneələr yaradılıb.
Bu barədə Bizim.Media-ya psixoloq Gülnar Orucova məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:
Pulsuz parklanma yerlərinin sayı ARTIRILACAQ


Belə ki, ərazidə yaşayan sakinlər küçənin sağ və sol hissəsinə müxtəlif ölçülü mişar daşları düzüblər. Bu isə yaxınlıqda yerləşən hündürmərtəbəli binanın sakinlərinin avtomobil saxlamaq üçün yer tapmasına mane olur. Nəticədə ərazidə uzun tıxaclar yaranır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçiriləcək və zəruri tədbirlər görüləcək.

Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью