Yasamalda qazın verilişində fasilə olacaq

03.07.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Yasamal rayonunun bəzi küçələrində qazın verilməsində məhdudiyyətlər yaranacaq.

Moderator.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Ə. Salamzadə və H. Zərdabi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью