Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 21-də səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan 77-OB-259 dövlət nömrə nişanlı “BYD” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəyib. Qəza zamanı xəsarət alanların olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Nərmin