Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Paytaxtın Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində içməli su borusunda qəza baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə yerində çəkilmiş kadrlar sosial mediada yayılıb.
“İri Şəhərlərin Su Təchizatı” QSC-dən bildirilib ki, əraziyə briqada cəlb olunub.
Qeyd olunub ki, su xəttində axıntının qarşısı alınıb və təmir-bərpa işlərinə başlanılıb.