Yasamalda su borusu partlayıb, yol gölə dönüb

17.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakının Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində su borusu partlayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, 1 saylı DOST Mərkəzinin qarşısında yaranan durum ətrafdan keçənlərin hərəkətinə maneə yaradır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью