Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakının Yasamal rayonunda, Məhəmməd Naxçıvani küçəsində avtomobillərin piyada zolağının üstündə saxlanılması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, İlahiyyat İnstitutunun yaxınlığında yerləşən piyada keçidləri hər gün avtomobil sürücüləri tərəfindən zəbt edilir. Nəticədə piyadalar intensiv hərəkətin olduğu yolda qarşı tərəfə keçməkdə çətinlik çəkirlər.
"Problemin hər gün təkrarlanmasına baxmayaraq, indiyədək müvafiq tədbir görülməyib. Onlar cərimə olunsalar, hər gün eyni hal təkrarlanmaz", - deyə şikayətçi bildirib.