Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayonu “Moskva pr.67” (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə “Ulu Öndər Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayonu “Moskva pr.67” (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) ünvanı üzrə ərazi partiya təşkialtının üzvləri və agentliyin gənc əməkdaşları iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov qeyd edib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü müasir Azərbaycan gəncliyinin dövlətçilik tarixində artan rolunun rəmzidir. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyini müəyyən edən əsas strateji qüvvə kimi qiymətləndirmişdir. Onun formalaşdırdığı dövlət gənclər siyasəti milli ruhlu, vətənpərvər və məsuliyyətli nəsil yetişdirməyə xidmət etmişdir. Bu siyasi xətt gənclərin dövlətə bağlılığını ideoloji əsasda möhkəmləndirmişdir. Prezident İlham Əliyev Ulu Öndərin gənclərlə bağlı müəyyən etdiyi strategiyanı yeni tarixi mərhələdə uğurla davam etdirir. Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi yüksək döyüş ruhu və fədakarlıq nümayiş etdirmişdir. Ordumuzun sıralarında vuruşan gənclər tarixi Zəfərin əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Lokal xarakterli antiterror tədbirləri zamanı da gənclər peşəkarlıq və qətiyyət göstərmişlər. Bu faktlar gənclərin milli təhlükəsizliyin təminində mühüm rol oynadığını sübut edir. Dövlət gənclər siyasəti gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini prioritet istiqamət kimi müəyyən edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi diqqət də bu siyasətin humanist mahiyyətini gücləndirir. Onun təşəbbüsləri gənclərin sosial və mənəvi inkişafına xidmət edir. Azərbaycan gəncliyi dövlətin onlara olan etimadını real nəticələrlə doğruldur. Gənclər cəmiyyətdə, həm də beynəlxalq arenada nümunəvi mövqe sərgiləyirlər. Bu gün Azərbaycan gəncliyi Ulu Öndər irsinə sadiq qalaraq Zəfər yolunu davam etdirir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. 2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərin dövlət həyatında fəal iştirakının təntənəli ifadəsidir. İlk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən və sonra davamlı olaraq baş tutan Azərbaycan Gənclərinin forumları gənclərlə dövlət arasında möhkəm körpü yaratmışdır. Bu forumlar gənclərin ideya və təşəbbüslərinin dövlət siyasətinə inteqrasiyasına şərait yaratmışdır. Forumlar gənclərin ictimai-siyasi fəallığının yüksəlməsində mühüm rol oynamışdır. Prezident İlham Əliyev bu ənənəni müasir çağırışlara uyğun şəkildə davam etdirir. Forumlar gənclərin liderlik və strateji düşüncə bacarıqlarını formalaşdırır. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdə gənclər misilsiz fəaliyyət göstərmişdir. Döyüş meydanında şücaət göstərən gənclər dövlət gənclər siyasətinin uğurunu təsdiqləmişdir. Lokal xarakterli antiterror tədbirlərində gənclərin çevik və peşəkar fəaliyyəti xüsusi önəm kəsb edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərlə bağlı təşəbbüsləri bu platformaların sosial əhəmiyyətini artırır. Verilən dəstək gənclərin yaradıcılıq və innovasiya potensialını üzə çıxarır. Azərbaycan gəncliyi bu platformalarda dövlətçilik məsuliyyətini dərindən dərk edir.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin gənc əməkdaşı Vüsal Əhmədov qeyd ediblər ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü güclü dövlət və güclü gənclik modelinin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev gəncləri milli ideologiyanın əsas daşıyıcısı hesab edirdi. Onun müəyyən etdiyi gənclər siyasəti uzunmüddətli strateji məqsədlərə xidmət etmişdir. Bu siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə daha da möhkəmlənmişdir. Dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını təmin edir. Azərbaycan gəncliyi müasir çağırışlara cavab verən intellektual və vətənpərvər nəsildir. 44 günlük Vətən müharibəsində gənclər xalq-ordu birliyinin əsas simasına çevrilmişdir. Onların qəhrəmanlığı tarixi Zəfərin ideoloji sütunlarından biri olmuşdur. Bu, gənclərin dövlət təhlükəsizliyində rolunun artdığını göstərir. Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist fəaliyyəti gənclərin sosial rifahını gücləndirir. Onun təşəbbüsləri gənclərin cəmiyyətə inteqrasiyasını sürətləndirir. Gənclər təhsildə, mədəniyyətdə və siyasi-ictimai sahədə fəal mövqe tutur.
Tədbirdə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə və Partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar,
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə yekun vurulub.
Sonda xatirə şəkli çəkdirilib.