Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının Yasamal rayonunda motosiklet sürücüsü baş verə biləcək ağır yol-nəqliyyat hadisəsindən son anda yayınmağı bacarıb.
Oxu.Az xəbər verir ki, hadisə Fərman Salmanov küçəsində qeydə alınıb.
Hərəkət zolağında yağış barmaqlığının olmaması motosikletlə hərəkət edən şəxsin həyatı üçün ciddi təhlükə yaradıb. Sürücü çevik manevr sayəsində faciəyə səbəb ola biləcək qəzadan yan keçə bilib.
Yasamalda yağış barmaqlığının oğurlanması FACİƏYƏ SƏBƏB OLA BİLƏRDİ: Sürücü son anda qəzadan yayınıb
Oxu.Az-a açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, problemin yaranmasına səbəb ərazilərdə olan mövcud yağış barmaqlıqlarının oğurlanmasıdır.
"Sözügedən ərazidə mövcud problem artıq aradan qaldırılıb. Götürülən yağış barmaqlığı yenisi ilə əvəzlənib.
Qeyd etmək istərdim ki, yağış barmaqlıqlarının oğurlanması ilk dəfə baş vermir və təəssüf ki, bu, yalnız həmin əraziyə xas problem deyil. Ümumilikdə Bakı şəhərində yağış barmaqlıqlarının tez-tez oğurlanması halları müşahidə olunur. Təəssüf ki, bu problemi tam aradan qaldırmaq hələ ki, mümkün deyil. Biz onları bağlaya bilmirik, çünki barmaqlıqların olmaması yağıntılı havalarda müəyyən risklər yarada bilər", - deyə A.Nəcəfli vurğulayıb.
Əzizə İsmayılova