Yasamalda yaşayış binasında yanğın başladı

22.09.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda yerləşən çoxmənzilli binada mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Axar.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью