Yasamalın bəzi küçələrində qaz olmayacaq

28.11.2024

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan "Unikal"a verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью