Yasamalın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq

28.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью