Yasamalın bir hissəsində qaz verilişi təcili dayandırılıb

10.04.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə 10.04.2025-ci il saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, hazırda təmir-bərpa işləri aparılır.

Qeyd olunub ki, Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, Mida yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью