Yasamalın qaz təchizatında fasilə yaranıb

30.06.2025

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

"Azəriqaz"dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qəza səbəbindən A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью