Yaşamaq üçün rəngindən imtina edən bitki

03.08.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Botaniklər yabanı pələng zambağının (Lilium lancifolium) şaxtalı havalarda necə sağ qalmasının unikal genetik mexanizmini üzə çıxarıblar. Məlum olub ki, bitki soyuq temperaturla üzləşdikdə canlı qalmaq üçün parlaq rəngindən "qurban verir". Hafta soyuyanda zambaq genlərinin iş rejimini dəyişərək, ləçəklərə rəng verən piqmentlər əvəzinə hüceyrələri donmaqdan qoruyan müdafiə maddələri sintez etməyə başlayır.

Tədqiqatlar göstərir ki, mənfi temperaturlarda hüceyrələri zədələyən molekulların qarşısını almaq üçün bitki LlR3MYB adlı xüsusi zülalı işə salır. Bu zülal qırmızı və bənövşəyi piqmentlərin (antosianların) hasilatını azaldır, onların əvəzinə kversetin və kempferol kimi güclü müdafiə xassəli flavonoidlərin istehsalını kəskin artırır. Alimlər bu zülalın aktivliyini təcrübə olaraq tütün bitkisində də sınaqdan keçirib və eyni soyuğadavamlılıq effekti alıblar.

Kəşf yalnız gülçülük üçün deyil, qlobal kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi nəticəsində tez-tez baş verən gözlənilməz şaxtalar fonunda, bitkilərin maddələr mübadiləsini bu üsulla "yenidən proqramlaşdırmaq" tərəvəz və meyvə təsərrüfatlarını kütləvi tələfatdan xilas etməyə imkan verəcək.

 Hazırladı: 
Arzu Əliyeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью