Yaşanmamış həvəslər, boğulmuş arzular gec tez üzə çıxmağa başlayır PSİXOLOQ İZAH ETDİ | Ic…
Sia Az saytına istinadən Icma.az xəbər verir. "İnsanlar cəmiyyətdə böyüyərkən müxtəlif qəliblərə salınır, bəzən də sərt qınaqlara məruz qalı
"Bunu etmə!", "Sənə yaraşmaz!", "Ağıllı ol!" kimi ifadələr fərdin düşüncələrini və davranışlarını formalaşdırır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.
Psixoloq bildirib ki, bir çox insan üçün bu məhdudiyyətlər həyat boyunca içində qapanmış bir potensial kimi qalır: "Lakin insan ruhu bənzərsizdir – yaşanmamış həvəslər, boğulmuş arzular gec-tez üzə çıxmağa başlayır.
Bəzən bu, müəyyən yaş dövrlərində gözlənilməz şəkildə ortaya çıxır.
Məsələn, uşaqlıqda rəsm çəkməyə meyilli olan, lakin "bu sənə peşə olmaz" kimi cümlələrlə qarşılaşan biri illər sonra incəsənətə marağını yenidən kəşf edə bilər.
Qınaq və qəliblərin insan psixologiyasında dərin iz buraxması məhz burada özünü göstərir.
İnsan daim daxili mübarizə aparır – içindəki "olmalı olduğun" və "olmaq istədiyin" obrazları arasında.
Tam oxu
Xəbəri oxu