Yaşar Güler ABŞ də “S 400“ sistemlərinin taleyini müzakirə edəcək

26.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler gələn həftə ABŞ-də Pentaqon rəhbəri Pit Heqsetlə görüşəcək.

Danışıqlar zamanı Rusiyanın "S-400" zenit-raket komplekslərinin Ankaraya tədarükü məsələsi diqqət mərkəzində olacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg"ə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Zeki Aktürk məlumat verib.

Danışıqlar noyabrın 30-na təyin olunub.

Məlumatda bildirilir ki, Gülerin bu səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında dekabrın ortalarında Mayamidə keçiriləcək G20 sammitindəki mümkün görüşdən əvvəl baş tutacaq. Ankara Rusiya istehsalı olan sistemlərin istifadəyə yarasız hala gətirilməsi və ya Türkiyənin nəzarətindən çıxarılması kimi variantları nəzərdən keçirir. Lakin bu addımların ABŞ qanunvericiliyinin tələblərinə cavab verib-verməyəcəyi hələlik məlum deyil: sözügedən qanun ölkədə "S-400" olduğu müddətdə "F-35" qırıcılarının Türkiyəyə verilməsini qadağan edir.

Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bir müddət əvvəl Türkiyə, ABŞ və Rusiya arasında bu mövzuda aparılan müzakirələrdə ciddi irəliləyişin əldə edildiyini açıqlamışdı.

Məlumata görə, o, ABŞ Konqresinin yeni tərkibinin yanvarın 3-də fəaliyyətə başlamasından əvvəl məsələnin tez bir zamanda həll olunacağını istisna etməyib. Komitə sədri hesab edir ki, çoxluğun demokratlara keçməsindən sonra Ankaranın "F-35" proqramına qaytarılmasını razılaşdırmaq çətinləşə bilər. Bununla yanaşı, parlament üzvü "S-400" sistemlərinin başqa bir dövlətə verilməsinin müzakirə mövzusu olmadığını vurğulayıb.

Türkiyə rəsmisi bu məsələnin ABŞ prezidentinin gündəliyində prioritet olmayacağı ehtimalını da istisna etməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью