Yaşar Gülər azərbaycanlı və gürcüstanlı həmkarı ilə təyyarə qəzasını müzakirə edib

11.11.2025

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında telefon danışığı baş tutub.

Bu barədə "Milliyət" məlumat yayıb.

"Milli müdafiə naziri Yaşar Gülər Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarının axtarışı və xilasetmə işləri ilə bağlı Gürcüstanın müdafiə naziri İrakli Çikovani, Azərbaycanın müdafiə maziri general Zakir Həsənov və Azərbaycanın Baş Qərargah rəisi general Kərim Vəliyevlə telefonla danışıb", - məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью