Yaşar Gülər Ostinlə Suriyanı müzakirə etdi

08.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Türkiyə milli müdafiə naziri Yaşar Gülərlə ​​ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X səhifəsində məlumat yayıb.

"Dekabrın 8-də milli müdafiə naziri Yaşar Gülərlə ABŞ müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı baş tutub. Tərəflər müdafiə və təhlükəsizliklə bağlı ikitərəfli və regional məsələlər, həmçinin Suriyadakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilib.

Qeyd edək ki, Suriya müxalifəti bu gün paytaxt Dəməşqi ələ keçirib və Bəşər Əsəd rejiminin bitdiyini elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью