Yaşar Gülər Qətərə səfər edib

04.02.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qətərə səfər edib.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gülər səfər çərçivəsində ilk olaraq Qətər Baş nazirinin müavini və Müdafiə İşləri üzrə Dövlət Naziri Şeyx Səud Bin Əbdülrəhman Bin Həsən Bin Əli Al Tani ilə görüşüb.

Məlumata görə, Yaşar Gülər qətərli həmkarı ilə ikitərəfli, o cümlədən regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью