Yaşar Güler: Türkiyə Egey və Aralıq dənizlərində öz maraqlarına xələl gəlməsinə imkan verməyəcək

09.07.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 9 iyul, AZƏRTAC

Türkiyə Egey və Şərqi Aralıq dənizi regionlarında onun hüquqlarını pozan status-kvonun formalaşmasına imkan verməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler Afinanın Egey dənizindəki ərazi sularını 12 milə qədər genişləndirmək cəhdlərini şərh edərkən deyib.

Nazir vurğulayıb ki, Ankara Yunanıstan tərəfinin bütün hərəkətlərini diqqətlə izləyir və lazım gələrsə, baş verənlərə operativ reaksiya verir.

Türkiyənin milli müdafiə naziri əmin edib: “Müvafiq addımlar həm diplomatik kanallarla (Xarici İşlər Nazirliyi vasitəsilə), həm də “sahədə” atılır. Biz dənizdə Türkiyənin maraqlarına zidd olan hər hansı bir addıma imkan verməyəcəyik”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью