Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub.
Axşam.az xəbər verir ki, Ülkər efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib.
"Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədəf oluram? Mənim ağrım və acım mənə aiddir. Məni nədəsə qınamaq nəyə lazımdır? Bu gündən sizin üçündə ola blər? Qorxmursunuz? Məni yiyəsiz görmüsünüz? Arxamda Allah dayanır. Efirdə danışanlar və şərh yazanlar, gedin işinizlə məşğul olun. Mənim acım mənə aiddir".
Qeyd edək ki, Y.Nurinin qızı Ülviyyə bir neçə gün əvvəl qəfil ürəktutmasından vəfat edib.