Yaşar Nurinin sürdüyü “VAZ” görün kimin imiş… KONKRET

16.12.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Bəyin oğurlanması” filmində Yaşar Nurinin (İsrafil dayı – red) sürdüyü “VAZ” markalı avtomobil Şamaxının Məlhəm kəndinin sakini Mirələm kişiyə məxsus olub.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Anar Tağıyev məlumat paylaşıb.

“Çəkiliş vaxtı Yaşar Nuri avtomobili əzir. Buna görə ikinci dublda maşını Mirələm kişi özü sürür. Filmdə bəzi epizodlarda sürücü kimi Yaşar Nuri görünsə də, əslində avtomobili idarə edən Mirələm kişi özü olub. Onun oğlu da sonralar uzun müddət həmin avtomobili sürüb”, – deyə Anar Tağıyev vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью