Yaşar Vahabzadə: Bu oyunun favoriti yoxdur

27.02.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kubok oyununda favorit olmur. Böyük komandaların oyununda belə sürpriz nəticələr olur". Bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsininin cavab qarşılaşması olan "Sumqayıt" - "Sabah" oyununda favoritin olmadığını açıqlayıb:

"Sumqayıt" 8 oyundur qol vura, həmçinin qələbə qazana bilmir. Hücum xəttində problemləri var. "Sabah" turnir cədvəlində yuxarı pillələrdə qərarlaşan komandalara qarşı yaxşı mübarizə aparır. Aşağıda olanlarla isə zəif təsir bağışlayır. Çempionatdan avrokuboklara vəsiqə qazanmaq şansları sual altındadır. Ən yaxın yol kubokdur. Buna görə də bu oyunda qələbə qazanmağa çalışacaqlar. Futboldur, hər şey ola bilər. Bu oyunun favoriti yoxdur".

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью