Yaşar Vahabzadə: Elfsborq Qarabağı yaxşı analiz etmişdi

13.12.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Elfsborq"a məğlub olub – 0:1. Azərbaycan yığmasının sabiq məşqçisi Yaşar Vahabzadə Sport24.az-a açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb:

"Hələ iki oyunumuz qalır. "Qarabağ"ın növbəti mərhələyə adlaması üçün 9 xal bəs edə bilər. Güclü komandaya qarşı oynuyurduq. İkinci hissənin ilk 15 dəqiqəsini çıxmaq şərti ilə "Qarabağ"ın müəyyən üstünlüyü var idi. "Elfsborq" Ağdam təmsilçisini yaxşı analiz eləmişdi. Müdafiədən oyunu qurmaqda çətinlik çəkirdik. Düzdür, rəqib komandanın da qol fürsətləri oldu. Avrokuboklarda "Qarabağ"ın yaratdığı qol epizodlarını saysaq, bir mövsümə bəs edər. Standart vəziyyətdə ani diqqətsizlik rəqibin qoluna gətirib çıxartdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью