Yaşar Vahabzadə: Neftçi nin 4 lüy ə düşməsi real görünmür

16.04.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Komandaların turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq "Qarabağ" "Neftçi" qarşılaşması həmişə maraqlı keçib. "Neftçi"nin "4-lüy"ə düşməsi real görünmür". Bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis həftəsonu keçiriləcək "Qarabağ" - "Neftçi" oyunundan gözləntilərini açıqlayıb:

"Qarabağ" qalib gələrək çempionluğu öz meydanında qeyd etmək istəyəcək. "Neftçi"nin qeyri-sabit oyunu "Qarabağ"ın favorit olduğunu deməyə əsas verir. Sonuncu turda "Zirə" ilə oyunda 2 top irəlidə olmasına baxmayaraq, 4:2 məğlub oldular. "Ağ-qaralar" bütün fikirini "Sabah"la kubok oyununa yönəltməlidir. Hesaba görə geridə olsalar da, mübarizə aparmalıdırlar ki,həlledici qarşılaşmaya vəsiqə qazansınlar".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu aprelin 19-u, saat 20:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью