Yaşar Vahabzadə Qarabağ barədə: Müdafiədə problemlər var, çox qol buraxırlar

25.01.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"FCSB-nin rəhbəri açıqlamasında deyib ki, "Qarabağ" bizi əzdi. Onun sözündə həqiqət var. Ağdam təmsilçisi Rumıniya klubundan üstün oynadı". Bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Vahabzadə deyib.

Məşqçilər Komitəsinin üzvü Ağdam klubunun Bakıda Rumıniya təmsilçisi FCSB-ya qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb:

"Qarabağ" əvvəlki qarşılaşmalarda da çoxlu qol fürsətləri yaradırdı, yararlana bilmirdi. Heç ötən mövsüm bu qədər qol epizodları olmurdu. Müdafiədə problemlər var, çox qol buraxırlar. Bunu Misli Premyer Liqasının oyunlarında görmək olur. Əvvəllər "Qarabağ"a qol vurmaq çox çətin idi. Rəqib cümə axşamı yaxaladığı 3 epizodun hamısını dəyərləndirdi. Oyuna diqtə edən tərəf təmsilçimiz idi. Hücumda çatışmazlığ var idi. Juninyo və Benzianın yoxluğu hiss olundu".

Qeyd edək ki, "Qarabağ" FCSB-yə 2:3 hesabı ilə uduzub. Beləliklə, Azərbaycan çempionu növbəti mərhələ şansını itirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью