Yaşasaydı, 35 yaşı olacaqdı…

08.08.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Bu gün Milli Qəhrəman, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.

“Bakupost” xəbər verir ki, Hökumə Cəlil qızı Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərdə anadan olub. Ailəsi 1993-cü ildə işğal səbəbindən məcburi köçkün düşərək əvvəlcə Bərdədə, sonra isə Rusiyada yaşayıb. O, Volqoqradda 1-6-cı siniflərdə oxuyub, daha sonra Gəncəyə köçərək təhsilini orada davam etdirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, magistr və doktorantura təhsilini də tamamlayıb.

2016-cı ildən Azərbaycan Hava Yollarında (AZAL) çalışmağa başlayan H.Əliyeva əvvəlcə tərcüməçi, sonra stüardessa və daha sonra hüquqşünas kimi fəaliyyət göstərib.

O, 2024-cü ildə Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Hökumənin “hər şey yaxşı olacaq!” sözləri yaddaşlarda iz qoyub.

Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью