Yaşasaydı, 50 yaşı olacaqdı...

22.06.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün mərhum Əməkdar artist Cabir İmanovun doğulduğu gündür. 

“Qafqazinfo” xəbər verir ki, 7 ay əvvəl vəfat edən sənətçinin dostları sosial şəbəkələrdə onunla bağlı xatirələrini bölüşüblər. 

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. 

C.İmanov ötən ilin oktyabrında idman zalında infarkt keçirərək vəfat edib. İki dəfə ailə həyatı quran mərhum sənətçinin 4 övladı var.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью