Yaşasaydı, 59 yaşı olardı FOTOLAR

11.11.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xatırladır ki, Nazim Xanlar oğlu Abdullayev 10 noyabr 1967-ci ildə Laçın şəhərində doğulmuşdur. 

1990-cı ildə Bakı Neft Kimya texnikumunun "Neft və qaz quyularının qazılması" ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur.Öz ərizəsi ilə 04 noyabr 1991-ci il tarixində "Neft və qaz quyularının qazılması" ixtisası üzrə qiyabi şöbəyə köçürülmüşdür və könüllü olaraq müharibəyə yollanmışdır ilk öncə 811 saylı Laçın alayının tərkibində daha sonra isə Laçın rayon Polis Şöbəsinə polis nəfəri kimi Serjant rütbəsində işə qəbul edilərək döyüşlərdə iştirak etmişdir.

Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird, Zerti kəndləri və Kəlbəcər, Füzuli Horadiz-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıqla vuruşub.

Horadiz qəsəbəsi döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 18 dekabr 1993-cü il tarixli 77 saylı fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Laçın rayon polis şöbəsinin polis nəfəri Abdullayev Nazim Xanlar oğlu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

17 aprel 1994-cü ildə Polis Baş Serjantı rütbəsi almışdır.1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək döyüş yoldaşlarının mühasirədən çıxması üçün öz canını fəda etmiş, qəhrəmancasına həlak olmuşdur.
Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib. Subay idi.

Xatirəsi və İrsi
Təhsil aldığı hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəznində olan Bakı Neft Energetika Kollecində xatirəsi əbədləşdirilmiş adına sinif otağı verilmiş və xatirə löhvəsi qoyulmuşdur.

Ailəsi ilə birlikdə yaşadığı Qaradağ rayonu Müşfiqabad qəsəbəsinin mərkəzi küçələrindən biri Nazim Abdullayevin adını daşıyır.

Qaradağ rayonu Müşfiqabad qəsəbəsində xatirəsi əbədləşdirilərək yaşadığı binanın qarşısında Baralyefi qoyulmuşdur.

Allah rəhmət eləsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью