YAŞAT Fondu tərəfindən son dörd ildə nə qədər ödəniş təmin edilib? AÇIQLAMA

09.12.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"YAŞAT" Fondu tərəfindən ötən dörd il ərzində (2020-24) 86 milyon 762 min 869 manat məbləğin ödənişi təmin edilib".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun dördillik fəaliyyətinə dair mətbuat konfransında qurumun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

"Fond dörd istiqamət - məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil, peşə hazırlığı və potensialın inkişafı üzrə fəaliyyət göstərir.

Ödənişi təmin olunan məbləğin 48.09 faizi məişət şəraitinin yaxşılaşdırılmasına, 37.15 faizi tibbi xərclərin ödənilməsinə, 8.13 faizi borc öhdəliklərinin qarşılanmasına, 6.06 faizi isə təhsil, peşə hazırlığı və potensialın inkişafına xərclənib", - E.Hüseynov bildirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью