“YAŞAT” Fonduna daxil olan məbləğin həcmi açıqlanıb | Icma.az
Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “YAŞAT” Fondunun yaranmasından 4 il ötür.
APA xəbər verir ki, “YAŞAT” Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub.
Konfransda öncə, Fondun 4 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.
Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.
Bildirilib ki, indiyəcən “YAŞAT” Fonduna toplanan vəsaitin həcmi 91 537 792.07 manat olub.
Xərclənən vəsaitin həcmi 86 762 869.26 manat, qalıq vəsaitin həcmi isə 4 774 922.81 manat təşkil edib.
Qeyd edilib ki, 4 milyondan artıq qalan vəsaitin 1 milyonu növbəti ildə təhsil istiqamətində xərclənmə üçün nəzərdə tutulub.
Tam oxu
Xəbəri oxu