Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur

22.10.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşir. Elektrik sobalarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik sobalarının quraşdırılmasının təşviqi planlaşdırılır.

Bütün binalarda 2060-cı ilədək elektrik sobalarının payının 100%-ə çatdırılması, bütün yeni binalarda elektrik sobalarının olması tələbləri də nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью