Yaşayış binasında ilan həyəcanı

15.09.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyada çoxmərtəbəli yaşayış binalarının birində sakinləri böyük ölçülü ilan üzündən həyəcan yaşayıblar.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çağırılan xilasedicilər 7-ci mərtəbədəki mənzillərin birinin vanna otağında təlxə aşkarlayıblar.

Zəhərli olmayan və bu üzdən insanlara təhlükə yaratmayan 2 metrlik sürünən tutularaq yaxınlıqdakı meşəyə buraxılıb. Bu, Vladivostokda ikinci belə haldır. Bir müddət əvvəl başqa bir binanın fasadında ilan olması barədə polisə məlumat verilmişdi.

Qeyd edək ki, nazik və çevik bədən quruluşuna malik olan təlxələr binaların xarici divarları, borular, ağac budaqları vasitəsilə yüksək mərtəbələrə asanlıqla dırmaşa bilirlər.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью