Yaşayış binasında yanğın: 33 nəfər təxliyə olundu

26.11.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik naqilləri və 20 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 4-ü uşaq olmaqla 33 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qalan sayğaclar və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью