Yaşayış binasındakı yanğın söndürüldü Video + Yenilənib

15.04.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yeniavaz.com
FHN-in yaydığı məlumata istinadla xəbər verir ki, havanın küləkli olmasına baxmayaraq, Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb:
“Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib”.

***16:32
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
“Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью