Yaşayış binasının həyətində tapılan iynələrlə bağlı naryadlar təşkil olundu VİDEO YENİLƏNİ…
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həyətlərdən birində aparılan abadlıq işləri zamanı aşkar edilən iynələrlə bağlı vəziyyət sakinləri ciddi narahat etməyə başlayıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, qeyd edilən ünvanda polis əməkdaşları tərəfindən narkotiklərə qarşı nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün adıçəkilən ünvanlarda polis naryadları tərəfindən xidmət təşkil olunub.
*** Yasamal rayon sakinləri həyətdə öz vəsaitləri hesabına qurduqları istirahət meydançasının sökülməsindən narazılıq edirlər.
Onlar bildirirlər ki, binanın düz qarşısında idman kompleksinə məxsus havalandırma sistemi quraşdırılıb: "Düz meydançanın ortasında yerləşdirilib.
Dərinliyinə fikir verin, bu təhlükəlidir. Qonşulardan toplanan pulla işıqlandırma sistemi quraşdırmışdıq.
İndi görürük ki, hamısını söküblər. Qaranlıq və sakit olduğu üçün narkomanlar gəlirlər, iynələr tapırıq", - deyə sakinlərdən biri bildirib.
Tam oxu
Xəbəri oxu