Yaşayış evində yanğın oldu 4 nəfər öldü

03.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Moskva vilayətinin Vlasixa qəsəbəsində yerləşən yaşayış evində baş verən yanğında dörd nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən bildirilib.

"Yanğın Vlasixa qəsəbəsindəki Solneçnaya küçəsində yerləşən yaşayış evində baş verib. Yanğının sahəsi 60 kv. m təşkil edib. Yanğın nəticəsində dörd nəfər həlak olub", - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, yanğın zamanı 7 nəfər, o cümlədən iki uşaq xilas edilib. Ümumilikdə 5-i uşaq olmaqla 20 nəfər təxliyə edilib. Hazırda yanğın söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью