Yaşayış kompleksində park edilmiş “Hyundai” bir anda alova büründü VİDEO

28.09.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA 1 yaşayış kompleksində avtomobil yanıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 27-də axşam saatlarında baş verib. Belə ki, yaşayış kompleksinin həyətində park edilmiş “Hyundai” markalı avtomobil qəfil alışıb.

Yanğın avtomobilin ön hissəsindən başlayaraq qısa müddətdə nəqliyyat vasitəsinin digər hissələrinə yayılıb. İlkin ehtimala görə, yanğına avtomobilin elektrik sistemində baş verən qısaqapanma səbəb olub.

Xoşbəxtlikdən hadisə zamanı avtomobildə heç kim olmayıb.

Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb. 

Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227359.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью