Yaşayış massivində partlayış: Yaralılar var

30.04.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Çinin şimalındakı Şansi əyalətində yaşayış massivində baş verən partlayış nəticəsində azı 17 nəfər xəsarət alıb. 

News24.az CCTV-yə istinadən xəbər verir ki, partlayışın saat 13:17 radələrində baş verdiyini bildirib. Partlayışın səbəbi açıqlanmayıb.

Çinin Weibo sosial media platformasında paylaşılan video görüntülərdə binanın xaricində bir çox avtomobilin alov içində qaldığı, avtomobillərdən və binanın pəncərələrindən qara tüstünün qalxdığı görünür.

Partlayışdan sonra hadisə yerinə 210 yanğınsöndürən və 43 yanğınsöndürən maşın göndərilib. 

Qeyd edək ki,  partlayış ölkənin şimal-şərqindəki Liaoninq əyalətində restoranda baş verən yanğında 22 nəfərin ölümündən bir gün sonra baş verib. 

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью