Yaşayış minimumu ARTIRILACAQ Yeni MƏBLƏĞ

09.12.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-ci ildə yaşayış minimumu və ehtiyac meyarının həddi 300 manat olacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb.
Layihələrə əsasən, yaşayış minimumu və ehtiyac meyarı 285 manatdan 300 manata çatdırılır.
2026-ci ildə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat proqnozlaşdırılır.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, 2025-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью