Yaşayış minimumu artırıldı

20.11.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilir.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью